Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində yerləşən hərbi bazada qulluq edən 3 əsgər şəhid olub, biri isə yaralanıb.
Ordu.az “Yeni Şafak”a istinadən xəbər verir ki, buna səbəb PKK terrorçularının bazaya hücum etməsi olub.
Terrorçular Şırnakın “Elmalı və Kuyu Tepe” bazası ərazisinə uzun lüləli silahlarla hücum edib. Hücum nəticəsində 3 əsgər şəhid olub bir əsgər isə yaralanıb.
Hücumdan dərhal sonra bölgədə havadan dəstəkli əməliyyat başladılıb. Əraziyə əlavə qüvvələrin də göndərildiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
PKK
Türkiyə
Terror
Şəhid