Ordu.az “Reuters” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqası rəsmi bəyanat yayıb.
“Biz Suriya xalqına qarşı kimyəvi silah tətbiqini mütləq şəkildə mühakimə edir və beynəlxalq hüququn tətbiqini zəmanət altına almaq üçün müstəqil beynəlxalq araşdırma tələb edirik”, - deyə bəyanatda qeyd olunur.
O cümlədən Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin ABŞ, Böyük Britaniya və Fransanı Suriyaya zərbələrin endirilməsinə görə dəstəklədiyi, İraq və Livanın isə mühakimə etdiyi bildirilir.
Ağalar Qəribov
Ordu.az