“3 şeyə nail olmadan Suriyadan çıxmayacağıq” – Nikki Heyli

2018/04/4841194158_1523861238.jpg
Oxunub: 2669     14:41     16 Aprel 2018    
Birləşmiş Ştatların BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli ABŞ-ın Suriyada üç şeyə nail olmadan bu ölkəni tərk etməyəcəyini bəyan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə Amerikanın CBS televiziyasında gündəmlə əlaqəli sualları cavablayarkən danışəb.

Xanım diplomat ABŞ-ın Suriyadakı hökumətlə hazırkı vəziyyətdə qətiyyən danışıqlara getməyəcəyini bildirib və hədəfin Amerika qüvvələrinin evə geri dönməsi olduğunu vurğulayıb.

“Lakin üç şeyə nail olmadan Suriyadan çıxmayacağıq. Əvvəla kimyəvi silahdan istifadəyə izn vermərik. İŞİD-in tamamilə məğlub edilməsi və İranın bölgəyə hakim olmadığından əmin olmalıyıq”, -deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya   İran   BMT  


Bizi "telegram"da izləyin