Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa bəyan edib.
“Kimyəvi silahın tətbiq edilməsi tamamilə yolverilməzdir, bizim ölkə bunu görməzdən gələ bilməz. Yaponiya hökuməti ABŞ, Böyük Britaniya və Fransanın qətiyyətini dəstəkləyir”, - deyə Suqa bildirib.
O qeyd edib ki, bu zərbələr Suriyada vəziyyətin pisləşməsinin qarşısını ala biləcək ən uğurlu addım idi.
Ağalar Qəribov
Ordu.az