Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qərargah eyni anda təxminən 1000 nəfəri qəbul edəcək genişlikdədir.
İnşasının son mərhələsində olan qərargah Afrini əhatələyən dağlardakı meşəlik ərazidə aşkarlanıb. 10 metr dərinlikdə yerləşən qərargahın üstü şam meşəliyidir.
Məlumata görə, qərargahın giriş-çıxış nöqtələri ağaclardan dolayı dronlar vasitəsilə aşkarlanması çox çətin vəziyyətdədir. Onun əsas girişinin eni 8 metrdir. İçəri daxil olduqdan sonra təxminən 100 metrlik tunellə davam edir.
Daha sonra 4 metr eni və 5 metr hündürlüyü olan 3 böyük dəhliz var. Hər dəhlizin uzunluğu 100-120 metrdir. Onun divarların qalınlığı 1 metrdən çoxdur.
Ağalar Ağalarlı
Ordu.az