Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Mən Suriyaya zərbə edirmək barədə qərar verərkən xarici siyasətin həyata keçirilməsi üzrə konstitusional səlahiyyətlərim çərçivəsində, həmçinin ölkənin silahlı qüvvələrinin baş komandanı və milli təhlükəsizlik və ABŞ xarici siyasətinin təmin edilməsi maraqları daxilində dövlət başçısı kimi fəaliyyət göstərmişəm”, - deyə Tramp bildirib.
O qeyd edib ki, Suriyaya zərbə endirmək barədə qərarı regionda stabilliyə nail olmaq və hazırki humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq üçün verib.
Ağalar Qəribov
Ordu.az