Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pakistan ordusunun mətbuat xidməti sınağın uğurla baş tutduğunu bildirib.
Qeyd edək ki, Pakistan bu ilin əvvəlində “Babur” raketinin sualtı gəmidən atılan versiyasını da sınaqdan keçirib. Raket həm quruda, həm də dənizdəki hədəfləri yüksək dəqiqliklə vurmağa qadirdir.
Sualtı gəmidən atılan versiyasının mənzili 450, quruda atılan versiyasının isə 750 kilometrdir.
Ağalar Ağalarlı
Ordu.az