Ağ Ev: Tramp hələ də Suriyadan çıxmağı planlaşdırır

2018/04/145415_1523856966.jpg
Oxunub: 2933     13:28     16 Aprel 2018    
“ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyanı mümkün olduğunca tez tərk etməsini istəyir”.

Ordu.az “Times of İsrael”ə istinadən xəbər verir, bu fikirləri Ağ Evin mətbuat katibi Sarah Sanders səsləndirib.

“ABŞ-ın missiyası dəyişməyib – Prezident açıq şəkildə ifadə edib ki, ABŞ qoşunlarının mümkün qədər tez olaraq Suriyadan evə dönməsini istəyir”, - deyə Sanders vurğulayıb.

Qeyd edək ki, Ağ Evin bu açıqlaması Fransa prezidenti Emmanuel Makronun məsələ ilə bağlı bəyanatına cavab olaraq verilib.

Belə ki, Makron dünən ABŞ qüvvələrinin Suriyada qalması ilə bağlı Donald Trampı razı saldığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ   Suriya   Makron  


Bizi "telegram"da izləyin