Suriyadakı “kimyəvi qazan” durmadan istiləşir – EKSPERT ŞƏRHİ

2018/04/345345_1523690575.png
Oxunub: 1922     15:15     14 Aprel 2018    
ABŞ, Fransa və İngiltərə Suriya ərazisinə raket zərbələri endirdi. Dəməşqin tabeliyində olan hərbi obyektlər və kimyəvi maddələr hazırlandığı ehtimal olunan fabriklər hücuma məruz qaldı. ABŞ prezidenti Donald Tramp "Hücum əmrini verdim!" deyərək hərəkatın başlandığını bildirdi. Pentaqon Dumada kimyəvi silahdan istifadəyə dair sübutlar əldə etdiklərini və əməliyyatın tamamlandığını açıqladı. ABŞ təyyarə və gəmilərindən 100-dən çox "Tomahawk" raketi Suriya ərazisinə buraxılıb. Suriya dövlət televiziyası hava hücumundan müdafiə sistemlərinin 13 raketi havada məhv etdiklərini açıqladı. Bu isə Suriya HHM sistemlərinin məhvetmə əmsalının iddia olunanduğundan 5 dəfə aşağı səviyyədə olması deməkdir.

ABŞ keçən il də eyni ssenari ilə Suriyaya 59 raketdən ibarət raket zərbəsi endirib. Keçən zərbədə Suriyanın Xan Şeyhun ərazisində kimyəvi silahdan istifadə etməsini bəhanə edərək Əş-Şayrat hərbi bazası hədəf seçildi. Bazada olan 6 nəfər hərbçi və bir neçə Rusiya istehsalı hərbi təyyarələr məhv edildi. ABŞ hücumu təkbaşına həyata keçirdi, Suriya və müttəfiqləri tərəfindən əməliyyatlara cavab reaksiyası olmadı.

Bu dəfə ABŞ, İngiltərə və Fransanın Əsəd hakimiyyətinə qarşı birgə başladığı əməliyyatda Suriyanın paytaxtı Dəməşqdə və Xümsdəki hərbi obyektlər hədəf alındı.

Suriya dövlət mediası hava müdafiə birliklərinin hücumlara qarşılıq verərək bəzi mərmiləri havada məhv etdiklərini eşitdirdi.

Rusiyanın Suriya ərazisindəki obyektlərinə hücum edilməməsi gözlənilən idi. Lakin bir çox mənbələr prezident Bəşər Əsədin Rusiyanın Suriyadakı bazalardan birində olduğunu iddia edirlər. Belə olan vəziyyətdə hadisələrin inkişafı iki variantda mümkün olur:

1. ABŞ və müttəfiqləri bəyan etdikləri kimi, kimyəvi silah istehsal edən fabrikləri vurur, bu silahlardan istifadə edən aviabazaları dağıdır, həqiqətən Əsədi "ovlamaq" və hakimiyyət dəyişikliyini istəmir, buna görə də onun olduğu yer məna daşımır, zərbə sonrası Əsəd hakimiyyətini davam etdirir;

2. Əsədi qoruduğuna görə Rusiya ilə münasibətlər daha da kəskinləşir, Rusiya qeyri-hərbi yolla sıxışdırılır, hava zərbələri yenidən başlayır, koalisiya qüvvələri Suriya Ordusunu tam əldən saldıqdan sonra məhdud kontingentlə quru əməliyyatlarına cəlb edilir və Əsəd devrilir.

Əslində Rusiya, İran və Suriya rəhbərliyini bu variantlardan heç biri qane etmir. 2013-cü ildə Rusiya Suriyada kimyəvi silahları məhv edərkən Əsədi qovmaqda çox çətinlik çəkmədi, 2015-ci ildə də birtəhər yola verildi. 3-cü dəfə Xan Şeyxun kimyəvi silahdan istifadə iddiası 59 raket zərbəsi ilə nəticələndi. Sonrakı kimyəvi silahdan istifadə cəhdinin daha ağır nəticəsi ola biləcəyini münaqişə iştirakçıları yaxşı anlayırdılar. Suriya hakimiyyəti bu hadisə qondarma olsa belə, hadisələrin belə bir inkişafına yol verməli deyildi.

Suriya hakimiyyəti İsrail, İordaniya və Türkiyə kimi inkişaf etmiş qonşuları ilə münasibətlərini pozub bölgəyə heç bir aidiyyəti olan Rusiyanı daxil etməsi adı çəkilən qonşuların aşkar olmasada arxa planda narazılığına səbəb oldu. ABŞ, münasibətlərinin kifayət qədər gərgin olduğu ölkələrin - Rusiyanın, İranın, Suriyanın və "Hizbullah” təşkilatının eyni coğrafiyada birləşərək Aralıq dənizində kəşf olunan karbohidrogen ehtiyatlarına "göz dikməsinə" seyrçi qalacağını düşünmək sadəlövhlük olardı. Böyük pullar sahibsiz olmur. Digər tərəfdən isə indiki mərhələdə əsas hədəf Suriya deyil. Suriya nə keçmişdə, nə indi, nə də gələcəkdə ABŞ və müttəfiqləri üçün təhdid olmayıb, deyil və olmayacaq! ABŞ dövlətinin yaxın perspektivdə əsas iki məqsədi var:

1. Rusiyanın parçalanması;
2. Çinin iqtisadi inkişaf templərinin nəzarətdə saxlanılması.

Bu hədəflərin birincisinə nail olmaq üçün ABŞ əvvəlcə İran problemini həll etmək istəyir. Bunun üçün isə Suriya ərazisindən uyğun plasdarm ola bilməz!

Bu hava əməliyyatlarını Rusiya əleyhinə yönələn İrana qarşı yönələn böyük əməliyyatın ilkin mərhələsi kimi qiymətləndirirəm.

İndi Suriya kimi qədim bir diyar dağıntılardan ibarət cəhənnəmi xatırladır. Kim Suriyada haranı istəyir vurur. Evin bir sahibi olar. Suriyanın isə 10 sahibi var.

Pentaqon hücumunda əsasən üç bölgəyə zərbələr endirilib. Dəməşqdəki Dövlət Mühafizəsi Xidməti, Dəməşqdə Beynəlxalq hava limanının ətrafı, Cemeyre Elmi Araşdırmalar Mərkəzi, Kasyun dağındakı hava hücumundan müdafiə sistemləri, Kisvə və Kalamun bölgələrindəki hərbi hissələr vurulub.

ABŞ, İngilis və Fransız gücləri ayrıca olaraq rejimin idarəsində olan Həma vilayətindəki Aeroporta, Homsun Kuşeyri bölgəsindəki “Hizbullah” güclərinə, Deradakı İranın 89-cu Briqadasına, Suveyda rayonunun Halhala Aerodromuna və Dera vilayətinin İzran bölgəsindəki hərbi hədəflərə və s. ərazilərə hava zərbələri reallaşdırıb. Dəməşqin elektrik təchizatı da zərbələr nəticəsində ilk sıradan çıxan obyetklər sırasındadır. Prezident Əsədin Rusiya bazasından ordunu idarə etməsi ehtimalı dolayısı ilə təsdiqlənir. Hazırda nisbi sakitlikdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Suriya-ordusu   Raket-hücumu   Kimyəvi-silah  

Suriyadakı “kimyəvi qazan” durmadan istiləşir – EKSPERT ŞƏRHİ

2018/04/345345_1523690575.png
Oxunub: 1923     15:15     14 Aprel 2018    