Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o bu barədə bu gün Hollandiyalı həmkarı ilə birlikdə qatıldığı mətbuat konfransında danışıb.
“İraq və Liviyada yaşanan macəralar Suriyada təkrarlanmasın. Ümid edirəm belə bir macəraya heç kim cəsarət etməz. Lakin yenə də ən kiçik radikallıq belə, bizə və Avropalı qonşularımıza səbəbsiz yerə Avropaya yeni miqrant axını və digər bir çox təsirlər bahasına başa gələr. Bu sadəcə okeanla qorunanları razı salar”, - deyə Lavrov qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az