102-ci hərbi bazada növbəti təlimlər keçirilib

2018/04/148484874_1523011471.jpg
Oxunub: 2273     18:29     06 Aprel 2018    
“Rusiya Cənub Hərb Dairəsinin Ermənistanda yerləşən Erebuni avizbazasında ordu aviasiyasının iştirakı ilə hərbi təlimlər keçirilib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Bazasının mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bəyan edib.

“Təlimlərdə Cənub Hərb Dairəsinin 20-dən artıq helikopter ekipajının iştirakı ilə “Alagöz” poliqonunda idarə olunmayan raketlərlə zərbələrin endirilməsi üzrə tapşırıqlar icra olunub”, - deyə Astafyev bildirib.

O qeyd edib ki, həmçinin motoatıcıların havadan dəstəyinin həyata keçirilməsi, qoşunların yerinin dəyişdirilməsi və yaralıların evakuasiyası da həyata keçirilən təlimlər sırasında olub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   hərbi-təlim  


Bizi "telegram"da izləyin