Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda hərbi peykin kosmosa uğurla çatdırıldığı qeyd edilir.
Daha öncə “Kirameki-1”in kosmosa hələ 2016-cı ilin iyul ayında göndərilməsi planlaşdırılırdı, lakin peykin daşınması zamanı zədələnmə alması bu hadisəni gecikdirdi.
Xatırladaq ki, ötən ilin yanvar ayında daha bir hərbi peyk - “Kirameki-2” peyki Taneqasima kosmodromundan kosmosa göndərilib.
Ağalar Qəribov
Ordu.az