Qırmızı meydandakı 9 May paradının təfərrüatları bəlli olub

2018/04/4677639_1522998426.jpg
Oxunub: 4389     15:06     06 Aprel 2018    
“Mayın 9-da Moskvanın Qırmızı meydanında Böyük Vətən Müharibəsində əldə edilən qələbənin 73 illiyi ilə əlaqədar olaraq keçirilən paradda 12 mində çox insan və 120-dən çox hərbi texnika iştirak edəcək”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukov bəyan edib.

“Bu il hərbi paradın iştirakçılarının sayı 12 500 nəfərədək (2017-ci ildə paradda 10 min nəfər iştirak etmişdi – red.) artıb. 33 parad qrupuna hərbçilər, kursantlar, hərbi məktəblərin müdavimləri və digər güc qurumlarının nümayəndələri daxil ediləcək”, - deyə Salyukov bildirib.

O qeyd edib ki, paradda qadın batalyonu da iştirak edəcək.

“Artıq martın 28-dən Moskva ətrafındakı Alabinedə Aerokosmik Qüvvələrin də paradlarla bağlı hazırlığına başlanıb. Biz orada cəmi 12 məşq keçirəcəyik”, - deyə Rusiya Quru Qoşunlarının baş komandanı vurğulayıb.

Salyukovun sözlərinə görə, hərbi paradın əsas məşqləri arpelin 26-sı və mayın 3-də Qırmızı meydanda keçiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin