Rusiya tərəfi qeyd edir ki, bu addım Rusiya bazasında nizam-intizam və təhlükəsizliyin təmin etmək zərurəti ilə əlaqədardır.
Erməni siyasi dairələrində, Rusiya Federasiyasının bu niyyətini, Qarabağ məsələsindəki bəzi dəyişikliklərdən başlayaraq, Ermənistanda daxili siyasi vəziyyətə təsirinədək müxtəlif vəziyyətlərlə bağlı olduğunu qeyd edirlər.
Rəsmi bəzən, ziddiyyətli şərhlərdən sonra Ermənistan müdafiə nazirliyi aydınlıq gətirdi ki, bölmələrin Ermənistanda yerləşdirilməsinin hüquqi aspekti Rusiya tərəfi ilə müzakirə olunur. Rusiyanın bu niyyəti haqqında məlumata son günlərdə xüsusən, Ermənistan istiqamətində baş verən bir sıra hadisələr kontekstindən baxmaq olar.
İlk növbədə, Rusiya Dumasının müxtəlif palatalarından olan nümayəndə heyətləri Ermənistana göndərildi və İrəvanda aprel hadisələrindən dərs aldıqlarını və keçmiş həcmdə Azərbaycana silah verməyəcəkləri bildirildi.
Ermənistan nümayəndə heyəti də bu səfərlərdən öncə ABŞ-a getmişdi. Bu fakt Rusiyanın media orqanlarında qızğın bir müzakirəyə səbəb olmuşdu. Məsələn, Ermənistanın "əldən çıxdığını" və Rusiya bazasının Gümrüdəki gələcək taleyinin təhlükəyə düşdüyünü qeyd edirdilər. Bu hadisələrdən sonra Rusiya hərbi polis bölməsinin yerləşdirilməsi barədə məlumatlar yayıldı. Öz növbəsində Ermənistan mətbuatı Ermənistanın Rusiyadan yeni İskəndər divizionları ala biləcəyi barədə iddialar yaydılar.
Rəsmi Moskva hesab edir ki, Ermənistan silah sahəsi də daxil olmaqla elə təkliflər ala bilər ki, bundan imtina edə bilməz. Eyni zamanda, bu vəziyyət əsassız görünsə də, Rusiyanın üzləşdiyi beynəlxalq vəziyyət, o cümlədən Ermənistana qarşı siyasətinin nəticəsi olaraq nəzərə alınmalıdır.
Aprel müharibəsi və ondan sonrakı proseslər Ermənistanın Rusiyaya sadiq müttəfiq olmadığını göstərdi və son iki il ərzində bu vəziyyət yalnız dərinləşməyə doğru irəliləyir. Ermənistan çətin vəziyyətə düşüb, Azərbaycan qarşısında bir çox istiqamətlər üzrə mövqelərini itirməklə problemlə üzləşib.
Bu baxımdan, rəsmi İrəvan ABŞ və Rusiya arasında oynamağa çalışır. Artıq Moskvada bunu başa düşüblər və heç də sürpriz olaraq qəbul etmirlər. Çünki baş verən proseslərdən öncə DErmənistan eyni addımı Aİ ilə saziş imzalayarkən atmışdı. Məhz bu kimi xəyanətlərin qarşısını almaq üçün 102-ci bazanı taktiki komplekslərlə təmin edir və hərbi polis bölməsi göndərir. Təbii ki, bu bölmə adı altında, Ermənistana ayıq-sayıq nəzarət etməyə imkan verəcək xüsusi bölmə də gətirilə bilər.
Ordu.az