Vigen Sarkisyanın dərman şirkətləri ilə qalmaqalı

2018/04/41565234234_1510814197_1522922179.jpg
Oxunub: 2646     17:54     05 Aprel 2018    
Ermənistanın dərman bazarında tanınmış şirkət olan “Vaqa Farm” iki il dövlət satınalmalarında iştirak etməyəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb dərman şirkətinin Ermənistan müdafiə nazirliyinin vasitəsi ilə satınalma şikayət şurasının satınalma prosesində iştirak etmək hüququna malik olmayan şirkətlərin siyahısına daxil edilməsidir.

Ermənistan müdafiə nazirliyi dərman vasitələrinin satın alınması prosedurunu hazırlayıb, "Vaqa Farm" şirkəti tərəfindən iddia qaldırılıb.

Bununla yanaşı şirkət tərəfindən təqdim olunan sənədlərin dəvət tələblərinə cavab vermədyi bildirilib. Eyni zamanda, şirkətə uyğunsuzluqları düzəltmək üçün vaxt verilib. Bundan sonra şirkət yenidən düzəlişlərin natamam olduğu səbəbindən rədd edilib.

Qeyd edək ki, "Vaqa Farm" şirkəti yuxarıda göstərilən qanunun pozuntusuna yol vermədiyini iddia edir, şirkət nöqsanları aradan qaldırdığını qeyd edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Vaqa-Farm  


Bizi "telegram"da izləyin