Ordu.az xəbər verir ki, tədbirdə Qarabağ müharibəsində iştirak etmiş soydaşlarımız, aprel döyüşlərinin iştirakçıları, şəhid ailələri, Füzuli rayon ictimaiyyəti və ön cəbhədə xidmət edən əsgərlər iştirak edib.
Milli Məclisin sədr müavini, Füzuli rayonundan seçilmiş Millət Vəkili Bahar Muradova və digər şəxslər tədbir iştirakçıları qarşısında çıxış edərək, Azərbaycan Ordusunun qüdrəti sayəsində yaxın gələcəkdə xalqımızın daha böyük zəfər günlərini qeyd edəcəyini bildiriblər.
Tədbir əsnasında Horadiz şəhərindən Lələtəpə şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə yürüş keçirilib.
Abidə kompleksində Müdafiə Nazirliyinin mahnı və rəqs ansamblı ədəbi-bədii kompozisiya ilə çıxış edib
Elgün Gəncimsoy, Horadiz
Ordu.az