Erməni ekspert qorxur: "TSQ Qamışlıya girə bilər"

2018/04/345345_1522839536.jpg
Oxunub: 2714     19:06     04 Aprel 2018    
"Qamışlı şəhərində ermənilər ciddi problemlərlə üzləşəcək".

Ordu.az xəbər verir ki, bunu “Tesaqet” (Nəzər nöqtəsi) mətbuat klubunda erməni ekspert türkşünas, Sona Mikayelyan bildirib.

Türkiyə Ordusunun Afrin qələbəsindən qorxan erməni ekspert növbəti hədəfin Suriyada yerləşən Qamışlı ola biləcəyini deyib.

"Türkiyə Suriyanın digər bölgələrində də əməliyyatlarını davam etdirəcək. Həmin ərazilərdə, xüsusən də Qamışlı şəhərində ermənilər yaşayır. Bu halda ermənilər ciddi problemlərlə üzləşəcək", - deyə o Türkiyə Ordusundan qorxusunu gizlədə bilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qamışlı   TSQ  


Bizi "telegram"da izləyin