Ordu.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Siz (NATO və ABŞ – red.) Yunanıstanın Rusiyada S-300 sistemləri almasına heç nə demədiniz, Türkiyənin S-400-lər əldə etməsinə isə izn verməyəcəyinizi dediniz, Rusiya ilə müqaviləni səhv adlandırdınız. Siz həmçinin yeni sanksiyalara daxil edə biləcəyinizi dediniz. Biz sizin qarşınızda hesabat verməyə hazırlaşmırıq. Biz heç bir güzəşt etmədən və düz yolla öz məqsədlərimizə nail olmaq üçün irəliləyəcəyik”, - deyə Ərdoğan bildirib.
Ağalar Qəribov
Ordu.az