Rusiya ABŞ-ı Suriya üzrə BMT TŞ qətnamələrinə riayət etməyə səsləyib

2018/03/944_1520343055.jpg
Oxunub: 1388     21:28     06 Mart 2018    
“Rusiya Müdafiə Nazirliyi ABŞ-ın BMT Təhlükəsizlik Şurasının Suriyada atəşkəsə dair 2401 nömrəli qətnaməsinin tələblərini icra etməyə səsləyib”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bəyan edib.

“ABŞ-ı BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsini icra etməyə, beynəlxalq humanitar təşkilatlar və BMT-nin nümayənlərinin nəzarət altına olan ərazilərə girişinə maneə törətməyəyə səsləyirik”, - deyə Konaşenkov bildirib.

O qeyd edib ki, ABŞ nəzarətində olan Rəqqa şəhəri və qaçqın düşərgəsi olan “Ər-Rubkan” Suriyada BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsinin yerinə yetirilmədiyi yeganə ərazilərdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   BMT-TŞ   Suriya  


Bizi "telegram"da izləyin