KXDR nüvə sınaqlarını dayandırmağa hazırdır

2018/03/941_1520342474.jpg
Oxunub: 3082     21:17     06 Mart 2018    
“KXDR nüvə və raket sınaqlarının keçirilməsini dayandırmağa və ABŞ-la bilavasitə danışıqlar aparmağa hazırdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KXDR-ə səfərinin nəticəsi barədə danışan Cənubi Koreya nümayəndə heyətinin rəhbəri bəyan edib.

Şimali Koreya həmçinin Cənubi Koreyaya münasibətdə nüvə silahı və adi silah növləri istifadə etməməyə söz verib.

Qeyd edək ki, aprel ayının sonlarında Şimali və Cənubi Koreya liderlərinin görüşü baş tuta bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Cənubi-Koreya   ABŞ  


Bizi "telegram"da izləyin