Rusiyanın ən yeni silahları KTMT-nin hərbi təlimlərindən kənarda qalacaq

2018/03/456456_1520338650.jpg
Oxunub: 3213     20:16     06 Mart 2018    
Rusiya prezidenti Vladimir Putin tərəfindən nümayiş etdirilən ən sonuncu silahların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimlərində istifadə edilməsinə dair heç bir plan yoxdur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu gün Moskvada mətbuat konfransında iştirak edən KTMT-nin Ortaq Baş Qərargah rəisi Anatoli Sidorov bildirib.

O, Rusiyanın ən yeni silahlarının KTMT-nin hərbi təlimlərində istifadə edilib-edilməyəcəyinə dair suala “Əlbəttə ki, yox, belə bir niyyətimiz yoxdur” cavabını verib.

“Çünki biz təlimləri spesifik ərazilərdə və xüsusi kollektiv təhlükəsizlik regionlarında həyata keçiririk. Prezidentin çıxışı zamanı üzə çıxarılan silahlar isə strateji nüvə silahlarıdır. Təbii ki, bunlardan istifadə etməyəcəyik. Onlar tamamilə müxtəlif məqsədlidir”, - deyə Sidorov vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Yeni-silahlar   KTMT   Təlim  


Bizi "telegram"da izləyin