Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran Ali Dini Liderinin İslam İnqilab Keçikçiləri Korpusundakı nümayəndəsinin müşaviri Yədulla Cavani səsləndirib.
“Qərblilər elə bilir ki, sanksiyalar və təzyiqlər İranı nüvə məsələsi ilə bağlı danışıqlar masasına gətirdiyi kimi, raket proqramı ilə bağlı da danışıqlara məcbur edəcək. Lakin bu yanlış fikirdir. Onlar müdafiə gücünü İran xalqından almaq istəyirlər. İranlılar özlərini müdafiə etməyə qadir olmalıdırlar. Bunun üçün ən əhəmiyyətli alətlərdən biri isə raket proqramının inkişafıdır”, - deyə Cavani əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az