Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Yonhap” agetliyi məlumat yayıb.
Məlumata görə, Pxenyanda baş tutan görüşdə Koreya yarımadasında hərbi gərginliyin azaldılması üçün çıxış yollarının müzakirəsi aparılıb və ikitərəfli əməkdaşlıq, dialoqun inkişaf etdirilməsi barədə tərəflər öz təkliflərini irəli sürüb.
Görüşdə həmçinin Cənubi Koreya nümayəndə heyəti Kim Çen Ina Cənubi Koreya prezidenti Mun Çje İnin məktubunu çatdırıblar.
Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, tərəflər sammitin keçirilməsi barədə razılığa gəliblər.
Ağalar Qəribov
Ordu.az