Ordu.az RT-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi 2019-cu il üçün müdafiə büdcəsini əsaslandırarkən açıqlayıb.
Sənədə əsasən, müxalifətin hər nümayəndəsi hər növbəti ay ABŞ-dan 200 dollardan 400 dollaradək maaş alır. Vaşinqton bu addımı İŞİD-lə aktiv mübarizədə müxalifətin yardımı ilə əsaslandırır.
Yeni müdafiə büdcəsində artıq sentyabr ayından etibarən maliyyələşdirilən müxalifətçilərin sayını 60-65 min nəfərədək artırmaq planlaşdırılır.
“Onlardan 30 min nəfər İŞİD-ə qarşı hərbi missiyada iştirak edəcəklər, 35 min nəfər isə ölkənin daxili təhlükəsizlik qüvvələri funksiyasını yerinə yetirəcək”, - deyə Pentaqonun açıqlamasında bildirilir.
Ağalar Qəribov
Ordu.az