Ordu.az Telegraf.com saytına istinadən xəbər verir ki, bu barədə İranın Atom Enrjisi Təşkilatının rəhbər müavini Bəhruz Kamalvəndi “Al-Alam TV” televiziyasına müsahibəsində bildirib.
“ABŞ dünyada hər şeyin onların istədiyi kimi olmasını təmin edə bilməz. Vaşinqton dünyada hər şeyi və hər kəsi idarə etmək istəyir, lakin bu, mümkün deyil”, - deyə Kamalvəndi vurğulayıb.
O qeyd edib ki, İran müqavilə ilə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirib və məhz bu səbəbdən ABŞ belə davranışına biganə qalmayacaq.
“Çünki bu davranış bilavasitə hegemonluğa yönələn addımdır və biz, buna razı ola bilmərik. ABŞ müqavilədən çıxsa, İran dərhal uran istehsalını bərpa edəcək”, - deyə Kamalvəndi açıqlayıb.
Ağalar Qəribov
Ordu.az