Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyaın YTN telekanalı fevralın 17-si və 25-i çəkilən peyk görüntülərini analiz edən mənbəyə istinadən məlumat yayıb.
Şəkilərdən nüvə obyektinin borularının birindən ağ tüstünün çıxdığı görünür.
Ekspertlər qeyd edirlər ki, tüstü çıxsa belə, reaktorun soyumasını təmin edən sistemdən çaya su tökülmür. Bu isə tüstünün reaktorun işi ilə əlaqədar olmadığına dəlalət edə bilər.
Lakin başqa bir qrup ekspert hesab edir ki, suyun axını üçün boru fərqli çaya da yönəldilə bilərdi.
Həmçinin görüntülərdən ərazidə müvəqqəti düşərgənin salındığı görünür.
Qeyd edək ki, Yonbendəki nüvə mərkəzi 1986-cı ildə KXDR mütəxəssisləri tərəfindən hazırlanıb. Ekspertlərin fikrincə, burada bir il ərzində istehsal olunan materiallar bir neçə nüvə silahının hazırlanması üçün kifayətdir.
Ağalar Qəribov
Ordu.az