Pakistan gəmi əleyhinə qanadlı raketi sınaqdan keçirib

2018/03/4613549851_1520258158.jpg
Oxunub: 1952     23:31     05 Mart 2018    
Pakistan donanması və Hərbi Hava Qüvvələri atışgücünü və döyüş hazırlığını nümayiş etdirmək məqsədilə uzaq mənzilli gəmi əleyhinə qanadlı raketin sınaq atışını həyata keçirib.

Ordu.az “Pakistan Today”ə istinadən xəbər verir ki, sınaq JF-17 qırıcısından və çoxməqsədli F-22P freqatından həyata keçirilib.

Məlumata görə, Pakistan HDQ-nin rəhbəri admiral Zəfər Mahmud Abbasi və HHQ-nin rəhbəri marşal Züheyil Amanın birbaşa izlədiyi sınaq uğurlu olub və raketlər hədəfi dəqiq vurub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Qanadlı-raket   Sınaq  


Bizi "telegram"da izləyin