Türkiyə Pakistan üçün “Xalid” tipli ikinci sualtı gəmini modernləşdirir

2018/03/933_1520257010.jpg
Oxunub: 2899     21:36     05 Mart 2018    
Pakistan Müdafiə Sənayesi Nazirliyi STM şirkəti ilə “Xalid” gəmisinin modernləşdirilməsinə dair razılıq əldə edib.

Ordu.az “Jane's Defence Weekly” nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

2016-cı ilin iyun ayında Pakistan Müdafiə Sənayesi Nazirliyi Türkiyənin STM şirkəti ilə “Xalid” tipli ilk sualtı qayığın modernləşdirilməsinə dair baza müqaviləsi imzaladı. Müqavilə sualtı gəminin Pakistanda modernləşdirilməsini nəzərdə tutmaqla daha iki sualtı gəminin üzərində də işlərin aparılmasını özünə daxil edir.

Pakistan ordusu “Xalid” tipli ilk gəmini 2020, ikinci gəmini isə 2021-ci ildə geri təhvil alacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Türkiyə   Xalid  


Bizi "telegram"da izləyin