Çinin təbəssüm diplomatiyasının arxasında böyüyən hərbi güc dayanır

2018/02/324234_1519729401.jpg
Oxunub: 4065     19:02     27 Fevral 2018    
“Çin kommunist partiyasının 19-cu konqresindən bu yana Çinin hərbi aktları onun qonşularına xəbərdarlıq ola bilər. Onlar bu böyüyən güclə fərdi əlaqələrini dayandırmalı və yeni geosiyasi dinamikləri nəzərə alaraq kollektiv fəaliyyətə keçməlidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Karnegi Beynəlxalq Sülh Mərkəzinin Asiya proqramı üzrə direktoru Duqlas H. Paal səsləndirib.

Analitik Çin prezidenti Si Tsinpinqin yeni “təbəssüm diplomatiyasının” Pekinlə əlaqələri olan qonşular arasındakı fərqlilikləri idarəetməyə yönəldiyini qeyd edir. O bu diplomatiya nəticəsində artıq Yaponiya, Cənubi Koreya, Vyetnam və Hindistanla əlaqələrdə xeyli irəliləyişə nail olunduğunu vurğulayır.

“Lakin unutmaq olmaz ki, Pekinin həmin yeni diplomatiyası hərbi gücünün böyüyən bazası üzərində formalaşır”, - deyə Paal əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hərbi-güc   Diplomatiya  


Bizi "telegram"da izləyin