Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Krallığın Xarici İşlər naziri Boris Conson səsləndirib.
O, qərbin vəziyyəti rejimə qarşı döyüşən üsyançıların lehinə dəyişə bilməməsinə baxmayaraq, heç bir halda qanunsuz silahlardan istifadənin cəzasız qalmamalı olduğunu bildirib.
“Əgər Kimyəvi Silahları Əngəlləmə Təşkilatı tərəfindən təsdiqlənən kimyəvi silahlardan istifadəyə dair təkzib edilməz sübutlar varsa, onda zənnimcə biz bu məsələni ciddiyə almalıyıq. Birləşmiş Krallıq məsələyə qarışmalı olacaq”, - deyə Conson əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az