Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlim zamanı təqlidi mülki şəbəkələrdəki operatorlara gerçək həyatdakı kiber müharibə əməliyyatlarındakı kimi taktiki mürəkkəblik törədilib.
Təlim mülki infrastruktura provayderlərinin kompüter şəbəkələrində həyata keçirilib. Bunlara telefon və ya enerji kompaniyalarını nümunə göstərmək olar. Məqsəd isə daha çətin hərbi sistemlərə edilən hücumun simulyasiyasını yaratmaq olub.
NATO-nun texniki təlimlər üzrə layihə rəhbəri Aare Reintman təlimlər zamanı maksimum şəkildə gerçək həyatı canlandırmağa çalışdırlarını bildirib.
ABŞ Kiber Komandanlığı və Pentaqon da təlimləri yüksək qiymətləndirərək belə təlimlərin ordunun kiber müdafiəsini möhkəmləndirdiyini vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az