Cari ildə Əfqanıstanda 738 hərbi əməliyyat həyata keçirilib

2018/02/Без-названия56456_1519722554.jpg
Oxunub: 4460     17:23     27 Fevral 2018    
Əfqanıstan Milli Ordusu cari ildə ölkənin müxtəlif hissələrində 738 hərbi əməliyyatı planlaşdırıb və həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu əməliyyatların nəticəsində on minlərlə qiyamçı məhv edilib, 8755-i yaralanıb, 1707-si isə həbs edilib. Bundan başqa 91651 mina aşkar edilərək zərərsizləşdirilib, 106-dan çox ağır silah, 1260 yüngül silah, 275 hərbi maşın, 5774 kiloqram partlayıcı ələ keçirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Əməliyyatlar  


Bizi "telegram"da izləyin