Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə Nazirinin köməkçisi Devid Traçtenberq səsləndirib.
O, Rusiyanın nüvə silahlarının potensial istifadəsi ilə əlaqəli olan Rusiya hərbi siyasətinin meydana gəlməsindən ABŞ-ın olduqca narahat olduğunu qeyd edib.
“Rusiyanın nüvə doktrinası nüvə silahlarının məhdud istifadəsi məsələsini yenidən gözdən keçirirmiş kimi görünür. Rusiyanın hərbi təlimləri... Bəzi hallarda strateji nüvə qüvvələri ilə bağlı olan bu təlimlər Soyuq Müharibədən bu yana görülməyib. Lakin indi bu təlimlərdə Rusiya nüvə silahlarının istifadəsini simulyasiya edir”, - deyı köməkçi əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az