Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri “RAND Avropa”nın müdafiə, təhlükəsizlik və infrastruktur komandasının analitiki Marta Kepe bildirib.
Onun sözlərinə görə, bu həm də NATO və Aİ liderlərinə hərbi mobilliklə bağlı əsas problemlərə dair birgə işləmə şansı da təmin edə bilər.
“Hərakat və logistika döyüş qabiliyyəti və qüvvə yerləşdirilməsi üçün həyati əhəmiyyətlidir. Qüvvə davamlılığına Soyuq Müharibə yanaşması Avropada sınanmış tədarük xətləri və logistika imkanlarına, NATO üzvlərində qurulan yollara diqqət göstərilməsini tələb edirdi. Lakin Soyuq Müharibənin bitməsindən bu yana Avropa daxilində hərəkətə hazırlıq və logistika üçün hərbi planlara diqqət göstərilməyib. Bu baxımdan NATO-nun bu ərazidə hərəkət qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb. Məhz bu səbəbdən də qarşıdan gələn sammitdə bu məsələnin birinci dərəcəli gündəm maddəsi edilməsi məqsədəuyğundur”, - deyə Kepe əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az