Ordu.az “Washington Examiner” saytına istinadən xəbər verir ki, bu barədə ABŞ ictimai diplomatiya üzrə dövlət katibi Stiv Qoldstein bildirib.
Konqres tərəfindən 2016-cı ildə formalaşdırılan Dövlət Departamentinə məxsus Qlobal Öhdəlik Mərkəzindən müxtəlif təşəbbüslər üçün maliyyə ayrılacaq. Proqram Rusiyanın 2016-cı il seçkilərinə cavab olaraq hazırlanıb. Bundan başqa İŞİD tərəfindən İraq və Suriyada məşhurlaşdırılan kiber “cihad”a qarşı da aparılacaq.
“Bu vəsait bizim hələ də böhtana və dezinformasiyaya qarşı aqressiv cavab verməyə davam etdiyimizi zəmanət altına almaq üçün önəmlidir. Həmçinin partnyorlarımızla müttəfiqliyimizi daha dərinləşdirə biləcəyimizi göstərmək üçün də proqram əhəmiyyətli rol oynayacaq”, - deyə Qoldstein bildirib.
Ehtimal edilir ki, Müdafiə Nazirliyi proqrama görə Dövlət Departamentinə 40 milyon dollar ötürəcək.
Ağalar Qəribov
Ordu.az