Ordu.az xəbər verir ki, bunu Yaxın Şərqdə baş verən hadisələri təhlil edən “The National Interest”in ekspertləri bildiriblər. Müəlliflər qeyd edir ki, hazırda İran regionda daha çox fəallıq nümayiş etdirir.
İslam İnqilab Mühafizəsi Korpusunun əsgərləri və İran hərbçiləri Suriyadakı müharibədə iştirak edir. İran həmçinin Livan Hizbullahı dəstələrinə dəstək verir. Qəzet yazır ki, əgər İran iraqlıları, əfqanıları və pakistanlıları və öz qüvvələrini İsrailə qarşı hücumlarda istifadə edərsə, gələn il İsrail ilə İran arasında müharibə ola bilər. Artıq İran və İsrail arasında fevral ayının ilk yarısında toqquşma baş verib.
Məqalənin müəllifləri xatırladırlar ki, İsrail ordusu öz ərazisində İranın bir pilotsuz uçuş aparatını atəşə tutaraq ələ keçirib. Bundan sonra İsrail tərəfi İran qüvvələrinə zərbə endirib. Buna cavab olaraq Suriyadakı raket əleyhinə müdafiə sistemi İsrailə məxsus F-16 vurub.
Ekspertlərin rəylərinə görə, hadisələrin gərginliyin artması istiqamətində inkişafı bu şəkildə davam edərsə İranla İsrail arasında 2019-cu ildə müharibə başlaya bilər.
Alpər Mövludoğlu
Ordu.az