Müharibə oyunu: Hindistan dəniz xəttini möhkəmləndirməyə çalışır

2018/02/received_2483286671897486_1519663650.jpeg
Oxunub: 2854     00:44     27 Fevral 2018    
Hindistan martın 6-dan etibarən 16 ölkənin qatılacağı 8 günlük donanma təlimlərinə ev sahibliyi edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərin məqsədi əhəmiyyətli dəniz xəttində qanunsuz fəaliyyətlərə qarşı mübarizə imkanlarını və regional əməkdaşlığı genişləndirməkdir.

Ənənəvi olaraq iki ildə bir dəfə keçirilən təlimlər Andaman və Nikobar adalarında təşkil olunur. İlk dəfə 1995-ci ildə sadəcə 5 ölkənin iştirakı ilə baş tutan təlimlərə bu il Malayziya, Maldiv, Myanma, Yeni Zellandiya, Oman və Avstraliya kimi ölkələr də qatılacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Donanma   Təlim  


Bizi "telegram"da izləyin