Səudiyyə Ərəbistanı şəhzadəsi tərəfindən aparılan islahtlar proqramı çərçivəsində son addım kimi qadınlara orduda qulluq etmə hüququ verilib.
Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Namizədlər 25-35 arası yaşda olmalı, ən azı ali məktəbi bitirməli və sağlamlıq testindən uğurla keçən Səudiyyə vətəndaşları ola bilər. Qadınların hərbi xidmətə qoşulması üçün qeyd edilən şərtlərlə birlikdə ümumilikdə 12 şərti ödənməlidir.
Digər şərtlərə misal olaraq, əgər qadın özgə vətəndaşla evlənib, yaxud daha öncə cinayət əməli törədib və ya nə vaxtsa hökumət tərəfindən işə götürülübsə, o, hərbi xidmətə yararsız sayılır.
Ağalar Ağalarlı
Ordu.az