Rusiya və ABŞ yeni silah yarışının bir addımlığındadır

2018/02/received_2483285138564306_1519660860.jpeg
Oxunub: 1812     23:33     26 Fevral 2018    
Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması ilə bağlı ikitərəfli müqavilə uzadılmasa, Moskva və Vaşinqton keyfiyyət və kəmiyyət baxımından silah yarışına daxil olacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Silah Nəzarət Assosiasiyasının İdarə Heyətinin rəhbəri Tomas Kontriman bildirib.

“Rusiya və ABŞ “Yeni Başlanğıc” (“New Start”) müqaviləsinin məhdudiyyətlərinə tabe olublar və bu olduqca əhəmiyyətlidir. Lakin bu son illər Moskva və ya Vaşinqtondan gələn yeganə xəbər idi. Yeni silah yarışına qatılmağa məruz qalmamalıyıq, lakin müqavilənin uzadılması ilə bağlı cəhdlər uğursuz olsa, əminəm ki, həm keyfiyyət, həm də kəmiyyət baxımından yeni silah yarışına daxil olacıyıq”, - deyə Kontriman əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Nüvə  


Bizi "telegram"da izləyin