Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

2018/02/1488120700_sukut56456_1519650694.jpg
Oxunub: 2135     21:01     26 Fevral 2018    
Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ordu.az xəbər verir ki, Bakı vaxtilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit verib.

Eyni zamanda, Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayrağı aşağı endirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı-soyqırımı   Sükut  


Bizi "telegram"da izləyin