Mülki həyatda cinayət törədən və şərti azadlığa buraxılan Ermənistan vətəndaşı Azərbaycanın işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun hissələrindən birində müqaviləli hərbi xidmətə düzəlib.
Ordu.az xəbər verir ki, Eçmiədzin hərbi komissarlığına Penitensiar xidmətdən bildiriş daxil olduqdan sonra məlum olub ki, şərti azadlıqda olan Karen Manuçaryan saxta sənədlər düzəltməklə müqaviləli hərbi xidmətə qəbul olunub.
Hazırda Hərbi Polis və Hərbi Prokurorluq tərəfindən K.Manuçaryanla bağlı araşdırma aparılır. Heç şübhəsiz ki, Manuçuryan özü və ona bu işdə yardımçı olan hərbçilər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Erməni-ordusu
Cinayət
Məhbus