Moskva NATO-nu Rusiyanı ittiham etməkdən əl çəkməyə çağırıb

2018/02/456456_1519645934.jpg
Oxunub: 2246     19:51     26 Fevral 2018    
Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Baş katibi Yens Stoltenberqin Orta mənzilli Nüvə Qüvvələri Müqaviləsi ilə bağlı bəyanatına şərh bildirib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, nazirlik NATO-nun Rusiyaya qarşı irəli sürdüyü ittihamların əsassız adlandıraraq, alyansın bu ritorikadan əl çəkməli olduğunu bildirib.

“Əgər Alyansın strukturu Vaşinqtonun müqaviləyə zidd addımlarına obyektiv münasibət bildirməyə hazır deyilsə, onda əsassız və birtərəfli bəyanatlar verməkdən də əl çəkməlidir”, - deyə bəyanatda qeyd olunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   NATO  


Bizi "telegram"da izləyin