İraqda 30 terrorçu məhv edilib

2018/02/46846584684685_1519625886.jpg
Oxunub: 2388     14:17     26 Fevral 2018    
İraqın təhlükəsizlik qüvvələri Mosulun qərbində yerləşən mağarada gizlənən 30 İŞİD terrorçusunu məhv edib.

Ordu.az “İraqi news” agentliyinə istinadən xəbər verir ki, bu barədə orduya yaxın mənbələr bildirib.

“Kəşfiyyat materiallarına əsasən aşkarlanan mağaraya “Stryker” zirehli texnikadan 27 raket atışı edilib. Mosulun 150 kilometr qərbində yerləşən mağara tamamilə dağıdılıb. İçindəki bütün 30 İŞİD terrorçusu məhv edilib”, - deyə məlumatda qeyd olunub.

Eyni zamanda əməliyyat zamanı əsgərlər arasında heç bir itkinin olmadığı bildirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Mosul   İŞİD  


Bizi "telegram"da izləyin