Suriyanın Hələb vilayətinin qərbində terrorçularla hökumət qüvvələri arasında gedən döyüşlər ikinci gündür ki, davam edir.
Ordu.az “Əl-Məsdər” agentliyinə istinadən xəbər verir ki, Suriya qüvvələrinin azad etdiyi həmin ərazilərdə terrorçular əks-hücum həyata keçirib.
Suriya ordusunun hücumu dəf etməsi nəticəsində ərazi nəzarətində heç bir dəyişiklik baş verməyib. Əsas gərginliyin Dart İzzə qəsəbəsində yaşandığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Suriya
Hələb
Terror