Moskvadan Vaşinqtona: Suriyada alovla oynamayın

2018/02/15073273871234234_1519031173.jpg
Oxunub: 2538     17:01     19 Fevral 2018    
“Rusiya Birləşmiş Ştatları Suriyada alovla oynamamağa səsləyir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Onun sözlərinə görə, söhbət Suriyada suverenlik və ərazi bütövlüyünü zəruriliyindən gedəndə Moskva Suriyanı parçalamaq cəhdlərinə biganə qala bilməz.

“Belə təhlükələr ABŞ-ın Fəratın şərqində relaizə etməyə başladığı planlarda tanış olduqdan sonra yaranır. Mənə elə gəlir ki, amerikalı həmkarlarımızın Suriyada hərbi mövcudluqlarının yeganə səbəbləri kimi İŞİD-lə mübarizəni və Suriyanın ərazi bütövlüyünü qorumaqdan ibarət olması qismində göstərmələri ciddi əməli addımlarla təsdiq edilməyə ehtiyac duyur. Bir daha amerikalı həmkarlarımızı Suriyada alovla oynamamağa səsləyirəm”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, ABŞ Suriyada provokasiya xarakterli işlər göür. Türkiyə ilə YPG arasında qarşıdurmanın səbəbkarı da məhz Vaşinqtondur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ABŞ   Suriya-böhranı  


Bizi "telegram"da izləyin