BMT Liviyada bütün tərəflərlə işləməyə hazırdır

2018/02/3456_1519030063.jpg
Oxunub: 2493     16:44     19 Fevral 2018    
Liviyada dəstək üzrə BMT missiyası ölkədə siyasi prosesin uğurla realizəsi üçün bütün tərəflərlə işləməyə hazırdır.

Ordu.az “Algerie Presse Service” agentliyinə istinadən xəbər verir ki, bu barədə Liviyada dəstək üzrə BMT missiyası bəyanat yayıb.

Bu bəyanat 2011-ci ildə devrilən Müəmmar Qəddafinin ölümünün 7-ci ildönümü ilə əlaqədar olan və “17 fevral inqilabı” adlandırlan hadisə ilə əlaqədar olaraq gizlilikdən çıxarılıb.

“Liviyalıların qurbanları onların xalqının şərəflə, müvafiq orqan və institutlara malik dövlətdə yaşaması naminə idi. Liviyada dəstək üzrə BMT missiyası Liviyada bütün tərəflərlə işləməyə hazırdır. Bunun səbəbi isə milli barışığa nail olunmasına yardım göstərməkdir”, - deyə sənəddə qeyd edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Liviya  


Bizi "telegram"da izləyin