Stoltenberq: “Rusiya nüvə yarışını qızışdırır”

2018/02/Yens-Stoltenberg45645_1519029265.jpg
Oxunub: 1541     16:24     19 Fevral 2018    
“Rusiya dünyada yeni nüvə yarışının başlanmasında günahkardır. Moskva həmçinin orta və yaxın mənzilli raketlərin məhv edilməsi barədə razılaşmanı pozur”.

Ordu.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib.

“Avropa Rusiyanın fəaliyyətinə görə narhatdır. Moskva dünyada yeni nüvə yarışının başlamasına səbəb olur”, - deyə Stoltenberq bildirib.

O qeyd edib ki, Rusiyanın Kalininqrad bölgəsinə “İsgəndər” komplekslərini yelrəşdirməsi də buna səbəb olan hadisələrdən biridir.

Bununla belə, NATO baş katibi jurnalistlərdən birinin müqavilənin ABŞ tərəfindən Şərqi Avropada asanlıqla zərbə silahlarına çevrilə bilən raketdən müdafiə elementlərinin yerləşdirilməsi ilə orta və yaxın mənzilli raketlərin məhv edilməsi barədə razılaşmanı pozması barədə suala cavab verməkdən imtina edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Stontenberq  


Bizi "telegram"da izləyin