Zərif: “ABŞ-ın mövqeyi nüvə müqaviləsini pozmayacaq”

2018/02/456456_1519024534.jpg
Oxunub: 2861     15:14     19 Fevral 2018    
“Birləşmiş Ştatların ikitərəfli qaydada İranın nüvə proqramı üzrə Ümumi Fəaliyyət Planından çıxmağa cəhd göstərməsi müqavilənin özünü qüvvədən salmayacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Donald Tramp öz prezidentliyinin ilk günündən etibarən bu müqavilənin icra edilməsindən yayınmaq istəyir və bunun üçün hər şey edirdi. Məqsəd isə İranın bu müqavilədən fayda görməsinin qarşısını almaq idi. Buna görə də biz hesab edirik ki, ABŞ tərəfinin özü artıq müqaviləni pozub”, - deyə Zərif bildirib.

O qeyd edib ki, ayrı-ayrı şəxslər və ya Amerika şirkətləri yox, məhz ABŞ prezidentinin administrasiyası Tehranla nüvə razılaşmasını pozmağa cəhd göstərir.

“Bu o deməkdir ki, gələcəkdə də heç kəs ABŞ rəhbərliyinə inanmayacaq. O cümlədən Trampla heç kim heç bir razılaşma imzalamayacaq”, - deyə Zərif vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zərin   İran   Nüvə-müqaviləsi  


Bizi "telegram"da izləyin