“ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək” - Tillerson

2018/02/w1056h594fill456456_1519022672.jpg
Oxunub: 2246     14:43     19 Fevral 2018    
“Birləşmiş Ştatlar hazırda Rusiyaya münasibətdə yeni sanksiyaların qəbul olunmasını müzakirə edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

Tillerson bu barədə jurnalistlərdən birinin ona ABŞ-ın Rusiyaya münasibətdə Konqresin istədiyi sanksiyaların niyə qəbul edilməməsi ilə bağlı suala cavab verərkən bildirib.

“Biz artıq müzakirələr aparırıq və “Amerikanın rəqiblərinə sanksiyalarla müqavimət göstərmək haqqında” qanuna uyğun olaraq artıq Rusiyanın müdafiə razılaşmalarının əhəmiyyətli hissəsinə mane olduq. Hazırda əlavə şəxslərə münasibətdə sanksiyaların qəbulunu müzakirə edirik”, - deyə Tillerson vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tillerson   Rusiya   Sanksiyalar  


Bizi "telegram"da izləyin