Rusiya təhdid deyil: NATO-nun genişlənməsi blokun təsirini azaldır

2018/02/received_2476589449233875_1518893846.jpeg
Oxunub: 3502     02:57     18 Fevral 2018    
“NATO-nun sürətli genişlənməsi alyansın güclənməsi mənasına gəlmir və ABŞ Rusiyanı düşmən kimi görməkdə yenidən düşünməlidir”.

Ordu.az RT-yə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın sabiq Müdafiə naziri Uilyam Perri səsləndirib.

O, öz dövründə NATO-nun şərqə doğru genişlənməsinin xəta olduğunu və bu gün Moskva ilə Vaşinqton arasında mövcud olan qarşıdurmaya gətirib çıxardığını bildirib. O, Moldova və Makedoniyanın NATO-ya daxil olmasının alyansın xeyrinə olmasına da şübhə ilə yanaşıb.

“Siz daha çox ölkəni əhatə etməklə təşkilatın effektivliyini azaldarsız. Buna görə də düşünürəm ki, biz ya bu genişlənmənin sonuna çatmışıq, ya da sona lap yaxınıq. O, NATO-nun Ukraynanın alyansa daxil olması ilə bağlı istənilən fikirdən yayındığını da bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin